Menu

"Aİ artıq Ukraynaya qoşun göndərilməsi haqqında sənədə malikdir" - Orban

24.01.2026, 22:28
"Aİ artıq Ukraynaya qoşun göndərilməsi haqqında sənədə malikdir" - Orban

Avropa İttifaqı lazım olduqda Ukraynaya qoşun göndərilməsinə imkan verən imzalanmış sənədə malikdir.

"Report" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

"Hətta indi də lazım olduqda əsgərlərin Ukraynaya göndəriləcəyi haqqında imzalanmış saziş var. Beləliklə, Avropa döyüş əməliyyatlarına getməyə hazırlaşmır, artıq gedib", - Orban qeyd edib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə gündəmdə olan sual bunun nəticələrinin Avropa vətəndaşlarının həyatına nə qədər tez təsir edəcəyi ilə bağlıdır.

Şərhlər

Shamil 2026-01-25 22:25:51

Bu şərəfsiz orban putinin itidir,ograş ancaq öz hakimiyyətin fikirləşir.Azərbaycanada belə yalaqlanmagı bizim qazımıza görədir,yoxsa bizi adam yerinə qoymaz necəki ukraynaya qənim kəsilib,bu cındır ancaq kreslosun fikirləşir.

Bəhrami Ehtiram 2026-01-24 23:37:14

Təbiətən hər bir canlı, şüurlu insan dağıntı və canlı itgilər təhlükəsini istəməz və istəmir də!!! Kreml özü NATOnun şərqə genişlənməsinə iradla özündən iqtisad-hərbi cəhətdən 28-50 dəfə zəif Ukraynanı hədəf seçib? Zatən, RF hərbisi Ukrayna arxası avropaya yaxınlaşdıqca bütün qüvvələri RF ilə həlledici hərbi müharibəyə məcbur olacaqlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol