Menu

Nikol Paşinyan öz musiqi qrupunu yaradıb

25.01.2026, 22:36
Nikol Paşinyan öz musiqi qrupunu yaradıb

Ermənistanın 50 yaşlı baş naziri Nikol Paşinyan öz musiqi qrupunun yaradıldığını elan edib.

APA xarici mediaya istinadla bildirir ki, o, özünün “Facebook” səhifəsində qrupun loqosunu və adını "Varçabend" olaraq paylaşıb. Ad ermənicə "premyer" və ingiliscə "band" sözlərinin ilk iki hecasından əmələ gəlib.

Yanvarın ortalarında Paşinyan qrupun ilk çıxışının yanvarın 30-da Yerevanda baş tutacağını açıqlayıb. O, konsertin keçiriləcəyi yerin təfərrüatlarının daha sonra açıqlanacağını və əvvəlcədən qeydiyyatdan keçməklə iştirakın mümkün olacağını bildirib.

Paşinyanın musiqiyə marağı ötən il nəzərə çarpmağa başlayıb. 2025-ci ilin avqust ayında media onun və həyat yoldaşı Anna Akopyanın musiqi alətlərini, xüsusən də gitara və nağara çalmağı öyrənməyə başladığını bildirib. Daha sonra baş nazir dəfələrlə sosial mediada nağara çalarkən çəkilmiş videolarını paylaşıb.

Şərhlər

Adil 2026-01-25 23:12:55

Çox ciddi hazırlıq gedir. Mustafa Cecelidən sonra Bakıya qastrol səfərinə gəlməyi planlaşdırır. Annuşka DJ, Nikol baraban və paralel olaraq konfransda ifa edəcəklər...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol