Menu

Türkiyədə polis şöbəsinin qarşısına partlayıcı qurğu atılıb

26.01.2026, 00:14
Türkiyədə polis şöbəsinin qarşısına partlayıcı qurğu atılıb

Türkiyənin Diyarbakır vilayətində Polis Şöbəsinin binasının girişinin yerləşdiyi küçəyə kustar üsulla hazırlanmış partlayıcı atılıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Diyarbakır valiliyi məlumat yayıb.

Partlayıcı qurğu xüsusi qruplar tərəfindən zərərsizləşdirilib. Hadisədən sonra iki maskalı şəxsin hadisə yerindən qaçdığı müəyyən edilərək onların saxlanılması üçün əməliyyat başladılıb.

Qeyd olunub ki, hadisəni törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisənin təfərrüatları ilə bağlı ətraflı məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol