Menu

Bakıda soyğunçuluğa görə iki nəfər saxlanılıb

26.01.2026, 17:27
Bakıda soyğunçuluğa görə iki nəfər saxlanılıb

Xətai rayonunda paytaxt sakini olan bir nəfərin mobil telefonu naməlum şəxslər tərəfindən talama yolu ilə əlindən alınıb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə barədə zərərçəkən şəxsin polisə şikayəti daxil olub.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri 21 yaşlı Surxay Əliyev və həmyaşıdı Mirvəli Seyidov saxlanılıb.

Cinayət anı təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.

FAktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol