Menu

Ötən il Azərbaycanda 189 mindən çox şəxs işlə təmin olunub

27.01.2026, 11:57
Ötən il Azərbaycanda 189 mindən çox şəxs işlə təmin olunub

2025-ci ildə Azərbaycanda 189 mindən çox şəxs işlə təmin olunub.

"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyi (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il 16 min 827 nəfər özünəməşğulluq proqramı ilə əhatə olunub:

"Bu proqram 2017-ci ildən bəri 113 mindən çox şəxsi əhatə edib. Ümumiyyətlə, Azərbaycanın özünəməşğulluqla bağlı layihəsi digər ölkələrə də nümunə olaraq göstərilməkdədədir".

H.Abbasovun sözlərinə görə, 2025-ci ildə 18 mindən çox şəxs peşə hazırlığında cəlb edilib:

"Onların 11 mindən çoxu qadınlardır. Bu kurslarda 175 prioritet peşə əsas götürülüb. O baxımdan, müvafiq sayda təkmilləşirdirmələr aparılacaq, peşə sahələri artırılacaq".

Şərhlər

Tarixə B.Qarabağlı 2026-01-27 16:07:48

Yeni Milyonluq Qarabağa Böyük Qayıdış 2026-2030 Strateji beş illiyi önü pis nətiə deyil? Üç milyondan çox əməkçi ehtiyatımızın əksəriyyətini orada Dünyəvi Bazar rəqabətli və ümumxalq gündəlik tələbatlı yeni sənaye və kənd emalı müəssisələrinin quruculuğuna cəlb etmək gərək! Əks halda güney sərhəd pozulmalarından və quzey təzyiqlərindən asılılıq daha dərinləşəcək?

TARİX 2026-01-27 12:56:52

İŞDƏN NƏ QƏDƏR AZAD OLUNUB?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol