Menu

Prezident təməlqoyma mərasimində - FOTOLAR

27.01.2026, 12:17
Prezident təməlqoyma mərasimində - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub.

“Nun” MMC-nin təsisçisi Kamran Rzayev yaradılacaq müəssisə barədə dövlət başçısına məlumat verib.

Bildirildi ki, ötən il Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən bu MMC tərəfindən reallaşdırılacaq layihəyə uyğun olaraq 1 hektar ərazidə istehsal müəssisəsinin tikintisi nəzərdə tutulub. Almaniya texnologiyasından istifadə ediləcək müəssisənin illik istehsal gücü 1680 ton laminatlı kisə, 1440 ton polipropilen kisə olmaqla ümumilikdə 3120 tondan çox təşkil edəcək. Məhsullar əsasən daxili bazarın tələbatını ödəyəcək. Burada 140 daimi iş yeri yaradılacaq. İnvestisiya həcmi 11,2 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat dəyərində güzəştli kredit ayrılması nəzərdə tutulub.

Şərhlər

Eli 2026-01-27 13:17:49

Bu gün bize kise de lazımdır ,ancaq kiseden daha vacşb avadanlıqnaşın mexanizm istehsalının teşkili lazımdur ki senayemşz daha da inkişaf etsin.Mikayıl bey göresen ne caxt "Senayede İnqilab" edecek???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol