Hindistan və Avropa İttifaqı uzun illər davam edən danışıqlardan sonra ticarət sazişi üzrə yekun razılığa gəlib.
“AzPolitika” bildirir ki, bu barədə “Reuters” agentliyi Hindistanın Baş naziri Narendra Modiyə istinadən məlumat yayıb.
Məlumata görə, təxminən iki onillik davam edən danışıqların nəticəsi olan bu razılaşma Hindistanın 27 üzv dövlətdən ibarət Avropa İttifaqı ilə azad ticarət üçün bazarını açmasına yol açacaq. Sazişin hər iki tərəf üçün geniş iqtisadi imkanlar yaradacağı bildirilir.
Hindistanın Baş naziri Narendra Modi razılaşmanı yüksək qiymətləndirərək bildirib ki, bu sənəd beynəlxalq miqyasda böyük əhəmiyyət daşıyır.
“Dünən Avropa İttifaqı ilə Hindistan arasında böyük bir razılaşma imzalandı. Dünyanın müxtəlif yerlərində bunu ‘bütün sazişlərin anası’ adlandırırlar. Bu razılaşma Hindistanın 1,4 milyard əhalisi və Avropanın milyonlarla insanı üçün böyük imkanlar açacaq”, – deyə Modi vurğulayıb.
Qeyd edək ki, “Reuters” agentliyi bir gün əvvəl əldə etdiyi rəsmi sənədlərə istinadən Avropa İttifaqı ilə Hindistanın əməkdaşlığının yalnız ticarət sahəsi ilə məhdudlaşdırmaq niyyətində olmadığını, tərəflərin eyni zamanda hərbi-texniki sahədə də əməkdaşlığı dərinləşdirməyi planlaşdırdığını yazmışdı.
“AzPolitika.info”


Şərhlər