Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana qarşı hər hansı hərbi əməliyyatda öz hava məkanı, ərazisi və ya sularından istifadəyə icazə verməyəcəyini bildirib.
Xarici İşlər Nazirliyi yanvarın 27-də bu haqda bəyanat yayıb. Bundan öncə isə Vaşinqton İranda həftələrlə çəkən iğtişaşlardan sonra "hər ehtimala" Yaxın Şərqə böyük donanma göndərdiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp deyib ki, "heç nə baş verməsini istəmir", amma hərbi müdaxilə ehtimalını da açıq saxlayıb.
"Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin İrana qarşı hər hansı düşmən xarakterli hərbi əməliyyatlarda hava məkanı, ərazisi və ya sularından istifadəyə icazə verməmək, bu yöndə heç bir logistik dəstək göstərməmək öhdəliyinə sadiqliyini bir daha təsdiqləyir", – bəyanatda deyilir.
“AzPolitika.info”


Şərhlər