Menu

Azərbaycan ötən il pambıq ixracından nə qədər gəlir əldə edib?

27.01.2026, 21:18
Azərbaycan ötən il pambıq ixracından nə qədər gəlir əldə edib?

Ötən il Azərbaycandan 161 milyon 902,45 min ABŞ dolları dəyərində 114 min 276,47 ton pambıq lifi (mahlıc) ixrac edilib.

"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə ixrac edilən məhsulun dəyəri 9,1 %, həcmi isə 4,7 %azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında pambıq lifinin payı 4,97 % təşkil edir.

2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. 2025-ci ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.

Şərhlər

Vətəndaş 2026-01-28 02:01:57

Bu pambıq lifi niyə Azərbaycanda istfadə edib importdan asılılığı azaltmaq düşünülmür? Bəs iqtisadiyyat nazirliyi nə işlə məşğuldur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol