Menu

Zelenski Putinlə görüşməyə hazırdır - Ukrayna XİN rəhbəri

27.01.2026, 23:01
Zelenski Putinlə görüşməyə hazırdır - Ukrayna XİN rəhbəri

Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqları çərçivəsində iki əsas məsələ olan ərazi mübahisələri və Zaporojye AES üzərində nəzarəti həll etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

O, sülh prosesindəki ən həssas bu iki məsələnin hələ də həll olunmadığını vurğulayıb.

"Prezident Putinlə görüşməyə və xüsusi olaraq bu məsələləri həll etmək üçün müzakirə etməyə hazırdır", - Sibiqa bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol