Menu

"Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

28.01.2026, 09:40
"Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərənin "Liverpul" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma "Enfild" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.

Xatırladaq ki, Mersisayd təmsilçisi hazırda 15 xalla 4-cü pillədə qərarlaşıb. "Qarabağ" 10 xalla 18-ci sıradadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol