Menu

Gürcüstanda qız qaçıran azərbaycanlı gənclər saxlanılıb

28.01.2026, 11:40
Gürcüstanda qız qaçıran azərbaycanlı gənclər saxlanılıb

Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda qanunsuz azadlıqdan məhrum etmə ittihamı ilə 2004-cü il təvəllüdlü N.A. və 2000-ci il təvəllüdlü S.B. adlı şəxslər saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, N.A. adlı şəxs Marneuli rayonunun kəndlərindən birində 2006-cı il təvəllüdlü U.K. adlı qızı evlənmək məqsədilə qaçırıb.

S.B. adlı şəxs isə qeyd olunan cinayət əməlində iştirak edib.

Hüquq mühafizə orqanlarının əməkdaşları hər iki təqsirləndirilən şəxsi cinayət törədildikdən qısa müddət sonra saxlayıblar.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Saxlanılan gəncləri təqsirləri sübuta yetiriləcəyi halda 4 ilədək müddətə həbs cəzası gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol