Menu

2026-cı ilin ən təhlükəsiz aviaşirkətləri açıqlanıb

28.01.2026, 13:02
2026-cı ilin ən təhlükəsiz aviaşirkətləri açıqlanıb

2026-cı il üçün səyahət planları hazırlayan sərnişinlər üçün uçuşların təhlükəsizliyi əsas meyarlardan biri olaraq qalır.

Aviasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlar növbəti il üçün dünyanın ən etibarlı aviaşirkətlərinin siyahısını açıqlayıblar.

Araşdırma çərçivəsində 320-yə yaxın aviaoperator 7 ulduzlu qiymətləndirmə sistemi əsasında təhlil edilib. Qiymətləndirmə zamanı həyata keçirilən uçuşların sayı, təyyarə parkının orta yaşı, ciddi aviasiya hadisələrinin olub-olmaması, pilotların peşə hazırlığı, beynəlxalq təhlükəsizlik yoxlamalarının nəticələri və turbulentliyin minimuma endirilməsi üzrə görülən tədbirlər nəzərə alınıb.

Təhlilin yekun nəticələrinə görə, 2026-cı ildə dünyanın ən təhlükəsiz aviaşirkətləri siyahısında “HK Express”, “Jetstar Airways”, “Scoot”, “flydubai”, “EasyJet Group”, “Southwest”, “airBaltic”, “VietJet Air”, “Wizz Air Group” və “AirAsia Group” yer alıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol