Menu

Ceyhun Bayramov Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib

28.01.2026, 18:11
Ceyhun Bayramov Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinə rəsmi səfəri çərçivəsində Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib.

Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, muzey Çinin müasir inkişafını formalaşdıran tarixi məqamlar və idarəetmə təcrübəsi haqqında dəyərli məlumat təqdim edir.

Nazir Qonaq Kitabında öz təşəkkür sözlərini yazaraq Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın daha da zənginləşdirilməsinin vacibliyini vurğulayıb.

C.Bayramov isə öz "X" hesabında yazıb ki, Çin Kommunist Partiyası Muzeyini ziyarət etmək şərəf idi, bu muzey Çin xalqının zəngin tarixini, baxışlarını və nailiyyətlərini canlı şəkildə əks etdirir:

"Bu ziyarət Çinin inkişaf yolu və milli dirçəliş haqqında dəyərli məlumatlar verdi. Gözəl tur üçün təşəkkür edirəm!".

Şərhlər

Tahir 2026-01-29 00:41:01

Ceyhun Bayramov ən uğurlu Nazirimizdir. Vəssalam Kim mübahisə etmək istəsə əvvəl düşünsün şübhəsi varsa sonra mənimlə mübahisə etməyə hazıram ..

Mahir 2026-01-29 00:36:14

Uzun illər Xİ naziri edən bir bəlanızı vardı. 2020-ci ildə ən azı bu nazirliyin fəaliyyəti ilə bağlı söz söhbət bitdi. Ceyhun Bayramov 5 ldən artıq müddət ərzində yalnız uğurlu siyasəti ağıllı icra etməklə ilə fərqləndi. Hökumətdə belə 4-5 nazirimiz olsa bəsimiz idi..

Vüqar 2026-01-28 20:50:48

Binəva hörmətli Ceyhun müəllim indi muzeyi gəzə-gəzə tərəzinin bir gözünə Çin kommunist partiyasının sədri Si Cipini və o biri gözünə bizim YAP-ın ən bərk gedəni sinəsində medallara yer qalmayıb dümbəyində əlavə yer ayırydıran Siyavuş Ombutsmanoviç Novruzov cənablarının qoyub dərindən bir ah çəkib ..

Mahir 2026-01-28 20:41:27

Təlaş hissi yaşamamaq olmur... Hökumətimizin 1-2 həqiqətən hər mənada hörmətə layiq üzvündən biri olan nazirimiz Ceyhun Bayramovu da Çinlilər beləcə əlimizdən alacağı təlaşı... Qorxuram Çinin dünya hegemonluğu kontekstində Ceyhun müəllim ayıl-mayıl olub qayıdandan sonra YAP -dan istefa verib Kommunist partiyası yaratmaq eşqinə düşər... Sürprizlər hər gün bizimlədir... Nə bilmək olaq...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol