Menu

ABŞ-nin istənilən aqressiv addımı İran üçün müharibənin başlanğıcı sayılacaq - Xameneinin müşaviri

29.01.2026, 02:03
ABŞ-nin istənilən aqressiv addımı İran üçün müharibənin başlanğıcı sayılacaq -  Xameneinin müşaviri

ABŞ tərəfindən atılacaq istənilən aqressiv addım İran tərəfindən genişmiqyaslı müharibənin başlanğıcı kimi qiymətləndiriləcək və Tehranın cavabı gecikməyəcək.

APA xəbər verir ki, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani "X" hesabında bildirib.

“Məhdud zərbə anlayışı illüziyadır. ABŞ-nin istənilən nöqtədən və istənilən səviyyədə həyata keçirəcəyi hərbi əməliyyat müharibənin başlanğıcı kimi dəyərləndiriləcək və cavab tədbirləri dərhal görüləcək”, - Şamxani vurğulayıb.

Onun sözlərinə görə, İranın cavabı təkcə ABŞ və İsrailə qarşı deyil, həmçinin bu aqressiyanı dəstəkləyəcək istənilən ölkəyə yönələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol