Azərbaycan Prezidentinin torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Fərmanının icrası çərçivəsində ölkədə 60 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin edilib.
“APA-Economics xəbər verir ki, bunu “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahəsində 2025-ci ildə görülmüş işlərə dair təqdimat” zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Həyətinin sədri Nigar Alimova deyib.
O bildirib ki, 413 423 ədəd dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşlar elektron çıxarışla təmin edilib:
“Eyni zamanda Prezidentin qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın icrası çərçivəsində 23 587 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim edilib. 4 602 qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq hüquq sahibləri elektron çıxarışla təmin edilib”.
Qeyd edək ki, bu vaxta qədər həmin obyektlər özbaşına tikililər hesab olunub.


Şərhlər
Deməli icarə torpaqlarınıda sənədləşdirməyə icazə verecəklər bir vaxtdan sonra. Almaqa dəyər.
Senedsiz evlere ne vax sened verlecey apseron rayon at yali qesebesinde ne sened verlir ne de icaze vürlir nece edeki biz ev tikey bu barede malumat almaq isdyrdik xais esrem bize komeylik edesiz ele evler varki işiq qaz yoxdu
Jekin balansinda olan evlere nevaxt verlecey?
Bələdiyyye senetleri 2012 de tikilən. evlerin aqibəti necə olacaq
Zəhmət olmasa deyin evimizin sənədini yəni çıxarış nə vaxt ala bilərik
Bələdiyyə torpaglarına nə vaxt veriləcəy çixarişlar?