Menu

Naxçıvanda etiraz - Sahibkarlar dükanlarını bağladılar + VİDEO

29.01.2026, 12:44
Naxçıvanda etiraz - Sahibkarlar dükanlarını bağladılar + VİDEO

Naxçıvanda “57-nin bazarı” kimi tanınan ticarət mərkəzində bu gün heç bir obyekt fəaliyyət göstərmir. Məlumata görə, bazarda çalışan sahibkarlar aylıq ödənişlərin artırılmasına etiraz olaraq işi dayandırıblar.

Sahibkarların sözlərinə görə, indiyədək ödədikləri 300 manat məbləğə həm icarə haqqı, həm də vergi və sosial sığorta ödənişləri daxil olub. Yeni tətbiq olunan qaydalara əsasən isə həmin 300 manat yalnız icarə haqqı kimi hesablanır, əlavə olaraq vergi üçün 60 manat, sosial sığorta üçün isə 16 manat tələb olunur. Bu dəyişiklik nəticəsində aylıq xərclər təxminən 100 manat artıb.

Bildirilir ki, narazılıqlarını Naxçıvan Ali Məclisinə çatdırsalar da, hər hansı nəticə əldə etməyiblər. Bu səbəbdən sahibkarlar əlavə ödənişlər ləğv edilənədək dükanlarını açmamaq qərarına gəliblər.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol