Menu

İran XİN rəhbəri Türkiyəyə səfər edəcək

29.01.2026, 13:11
İran XİN rəhbəri Türkiyəyə səfər edəcək

İran XİN rəhbəri Abbas Əraqçi yanvarın 30-da Türkiyəyə səfər edəcək.

"Report"un Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə XİN-dən bildirilib.

Səfər çərçivəsində Abbas Əraqçinin türkiyəli həmkarı Hakan Fidanla görüşü nəzərdə tutulub.

Görüşdə nazirlər bölgədə yaranmış vəziyyət baxımından ikitərəfli münasibətləri müzakirə edəcək, Türkiyə və İran arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı fikir mübadiləsi aparaclaq.

XİN-in məlumatında qeyd olunub ki, İranda sabitlik Türkiyə üçün böyük önəm daşıyır.

Nazirlərin həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəyi də gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol