Menu

“Rusiya və Ukrayna enerji atəşkəsinə razılaşıb” - “Bu gün səhər saat 7-dən etibarən”

29.01.2026, 13:42
“Rusiya və Ukrayna enerji atəşkəsinə razılaşıb” - “Bu gün səhər saat 7-dən etibarən”

Rusiya və Ukrayna enerji infrastrukturu ilə bağlı qarşılıqlı atəşkəs barədə razılığa gəlib. 

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın “Z-bloqerlər” məlumat yayıblar. 

"Bu gün səhər saat 7-dən etibarən Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində istənilən infrastruktur obyektinə atəş açmağı qadağan etdiyi barədə məlumatlar alırıq", - deyə tanınmış “Z-bloqer” Vladimir Romanov yazıb. O əlavə edib ki, oxşar qadağa "Kiyevdə və Kiyev vilayətindəki istənilən obyektə" də aiddir.

Öz növbəsində, Ukraynanın “Supernova+” kanalı da Ukrayna rəhbərliyinin eyni göstərişi verdiyini bildirib: "Ukrayna oxşar əmri - Rusiyanın enerji infrastrukturu obyektlərinə hücum etməmək əmrini verib". 

“Financial Times” qəzetinin daha əvvəl yaydığı məlumata görə, enerji atəşkəsi ehtimalı 23-24 yanvar tarixlərində Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda müzakirə olunmalı idi. Danışıqların mövzusu Kiyevin Rusiyanın neft obyektlərinə və tankerlərinə hücum etməməsi müqabilində Ukraynanın enerji infrastrukturu ilə bağlı atəşkəsdən ibarət idi.

Yaxın zamanda enerji atəşkəsi ilə bağlı daha ətraflı məlumat veriləcəyi gözlənilir.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol