Rusiya və Ukrayna bu ilin ilk dəfə olaraq hərbi itkilərin mübadiləsini həyata keçirib. Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib ki, Ukraynaya 1000 cəsəd, Rusiyaya isə 38 cəsəd qaytarılıb.
Ukrayna tərəfinin hərbi əsirlərlə bağlı Koordinasiya Ştabı açıqlayıb ki, rus tərəfi tərəfindən Ukrayna hərbçilərinə aid olduğu iddia edilən bütün cəsədlər ekspertiza və identifikasiya üçün təhvil veriləcək.
Qeyd edək ki, sonuncu cəsəd mübadiləsi 19 dekabr 2025-ci il tarixində baş tutub. Həmin zaman Rusiya İstanbul razılaşmaları çərçivəsində Ukraynaya 1003 cəsəd göndərmiş, qarşılığında isə Rusiyaya 26 itkin rus əsgərinin cəsədi verilib.
“AzPolitika.info”


Şərhlər