Menu

ABŞ-ın İrana hücumunda Britaniya ona kömək etməyəcək

30.01.2026, 09:25
ABŞ-ın İrana hücumunda Britaniya ona kömək etməyəcək

“ABŞ-ın İrana mümkün hücumunda Böyük Britaniyanın ona kömək etməsi ehtimalı azdır”.

APA xəbər verir ki, bu barədə “The Guardian“ Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat verib.

Qəzetin məlumatına görə, London hesab edir ki, İrana ilk zərbə Britaniyanın beynəlxalq hüquq anlayışına uyğun gəlmir. Lakin qəzet qeyd edir ki, Britaniya Hərbi hava Qüvvələri Yaxın Şərqdəki müttəfiqlərini qorumaq üçün İranın cavab zərbəsini dəf etməkdə iştirak edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol