Yaxın Şərqdə istənilən münaqişə böyük regional nəticələr doğuracaq.
"Report" xəbər verir ki, bunu İranın Ali liderinin müşaviri Əli Şamxani Livanın "Al Mayadeen" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, istənilən qığılcım tez bir zamanda nəzarətdən çıxan yanğına çevrilə bilər.
Ə.Şamxani vurğulayıb ki, hazırda İran üçün prioritet vəzifə istənilən təhdidə cavab verməyə tam hazır olmaqdır.
İranın Ali liderinin müşaviri bildirib ki, Tehran regionun coğrafiyasını, öz imkanlarını, həm də müdafiə potensialını istənilən xarici qüvvədən daha yaxşı anlayır.
Ə.Şamxani həmçinin İrana qarşı qeyri-dost mövqe tutan ölkələrə eskalasiya yaratmaq barədə xəbərdarlıq edib: "İrana qarşı düşmən niyyətlərini əks etdirən istənilən hərəkət uyğun, effektiv və çəkindirici cavabla qarşılanacaq".
O vurğulayıb ki, İran mümkün qarşıdurmanın coğrafiyasını yalnız dəniz məkanı ilə məhdudlaşdırmır: "Ölkə daha geniş və texnoloji baxımdan inkişaf etmiş ssenariləri artıq hazırlayıb".


Şərhlər
Səddam da belə deyirdi ,axırda kanalizasiya quyusundan sürüyüb çıxardılar .Mollanı görəsən hansı deşikdən çıxaracaqlar ? Bizə qarşı etdiyiniz şərəfsizliyin cavabını verəcəksiz
Xomeneyinin etrafı da pzü kimi geruzekalldlr.Bunlar bur şeyi anlamaq istemurler ki bunlarln her bur sehv addımı İran xalqını fekakete aparar.88 ysşlı dini rehber bu yaşda da menem menem deyir yeni bu adamda ağıl zeufliyi var olmasa butun dünyanın aparıcı dövketlerine qarşı durub özünü bele gülünc vezuytete salnaz.