Menu

"ABŞ-nin planı İranla danışıqlardan ibarətdir"- Tramp

31.01.2026, 22:42
"ABŞ-nin planı İranla danışıqlardan ibarətdir"- Tramp

ABŞ-nin planı İranla danışıqlardan ibarətdir.

"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalının jurnalisti Ceki Haynrika verdiyi müsahibədə deyib.

Trampın sözlərinə görə, Vaşinqton nəticə əldə etməyə ümidvardır.

"Dinləyin, plan belədir: İran bizimlə danışıqlar aparır və gözləyəcəyik ki, nəsə edə bilək, yoxsa baş verəcəkləri izləyək. Bizim ora istiqamətlənən böyük donanmamız var, o əvvəlkindən daha böyüktür və, əslində, hələ də Venesuelada mövcuddur", – deyə Tramp bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol