Menu

Ukraynanın Dnepropetrovsk vilayətinə dron hücumu olub - Azı 15 nəfər həlak olub

01.02.2026, 21:10
Ukraynanın Dnepropetrovsk vilayətinə dron hücumu olub  - Azı 15 nəfər həlak olub

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonunda dron hücumu nəticəsində azı 15 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın DTEK enerji şirkətinin "Telegram" kanalında məlumat yayılıb.

"Hazırda 15 mədənçinin həlak olduğu məlumdur. İlkin məlumata görə, 7 mədənçi də yaralanıb", - şirkət qeyd edib.

Bildirilib ki, dronlardan biri növbədən sonra mədənçiləri müəssisədən daşıyan xidməti avtobusu hədəf alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol