Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlərin seçilməsini təsdiqləyib.
Bununla bağlı Milli Məclisin yaz sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi"nə əsasən, Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimovanın namizədliyi irəli sürülüb.
Dini konfessiyalar tərəfindən isə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov namizəd kimi təqdim edilib.
Sənədə əsasən, Yayım Şurasında yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın namizədliyi irəli sürülüb.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva şuraya üzv seçiliblər.
Yayım Şurasının üzvlərinin səlahiyyət müddəti 6 ildir.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


Şərhlər
televiziya kanallarnn səviyyəsiz verilişlərinin kimlərə hesablandığı bəlli deyil Xoşqədəmin.Zaurların saalarla .mentalitetdən uzaq boş.şit hündür səslə danışıqları hamını bezdirib,televiziyanı baxımsız edib..Xəbər proqramları yarıtmazdır. ona görəAzərbaycanda vətəndaşlar ən çox rusiya,türkiyəvəxarici dilbilənlər Avropa kanallarını tərciə edir.
Üzvlər seçilir.rəhbərlik dəyişir.ammatelevzuya öz bayağılığınıdavametdirir.dahamənasızekrana çevrilir.Səvittəsiz verilişlər.zurnaçıaparıcılar. maraqsızproqramlar.alq maraqlandıran ,istənilən.əslində lazımi intelektual.tarixi. həyatı veriişlərdən uzaq proqramlar.bir aparıcının beş gün saatlarla maraq doğurmayan.küçə müğənniləri ilə verilişlərinə baxan varmı ? Xalqın intelekt səviyyəsinə.mədəniyyətinə,mənəviyyatına xərər verən.biabır edən verilişlər ekranlardan yığışmalıdır.