Ukrayna müharibəni bitirmək üçün güzəştlərə getməyə hazırdır, lakin problem Rusiyanın mövqeyindədir, Rusiya güzəştə getməyə hazır deyil.
Bunu Aİ-nin Ali Nümayəndəsi Kaya Kallas bildiribş
"Ukrayna müharibəni dayandırmaq üçün çətin güzəştlərə getməyə hazırdır", - deyə o qeyd edib.
Kallas bildirib ki, Rusiyanı sülh naminə güzəştlərə getməyə məcbur etmək daha çətin olacaq. O bildirib ki, son 100 ildə Rusiya ən azı 19 ölkəyə hücum edib.
"Bu ölkələrin heç biri Rusiyaya hücum etməyib. Ona görə də sual budur ki, bu müharibənin davam etməməsini və başqa yerə yayılmamasını necə təmin edək", - deyə Aİ-nin Ali Nümayəndəsi əlavə edib.
Kallas vurğulayıb ki, Rusiya müharibə bitdikdən sonra hərbi büdcəsini, ordusunu və nüvə silahlarını məhdudlaşdırmalı olacaq.
"AzPolitika.info"


Şərhlər