İki gün əvvəl Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Süleyman Mikayılovun bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirildiyi bildirilir. İddia olunur ki, sabiq icra başçısı vəzifədə olduğu dövrdə yol verdiyi qanun pozuntuları ilə bağlı daxil olmuş məlumatlar əsasında sorğu-sual olunub.
Məsələ ilə bağlı Süleyman Mikayılov “Qafqazinfo”-ya açıqlamasında məlumatı təkzib edərək “Kim, mən? Heç yerdə dindirilib eləməmişəm. Yalan məlumatdır. Nə prokurorluğa çağırılmışam, nə haradasa ifadə vermişəm”,- deyib.
Qeyd edək ki, bir müddət əvvəl prokurorluq Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində icra başçısının yaxın kadrlarından biri-müavini Nadir Muradov və digər vəzifəli şəxslər həbs edilib. Onlar külli miqdarda rüşvət almaqda ittiham olunurlar.
Son məlumatlara görə Süleyman Mikayılovun vəzifədən azad edilməsində də həmin əməliyyat mühüm rol oynayıb. İddia olunur ki, həbs edilən məmurlar ifadələrində qanun pozuntuları ilə bağlı icra başçısının adını çəkiblər.


Şərhlər
Moshenik
Cox deleduz adamdi)) bilesiz!!
Bəziləri narahatdır ki, neftimiz tükənir, Qarabağı nə ilə tikəcəyik. Daha bilmirlər ki, başda Sumqayıtın, Gəncənin, Şəkinin, lap elə ən kiçik rayon sayılan Zərdabın başçılarındakı pullarla Qarabağı iki dəfə tikib başa çatdırmaq olar. Hələ nazir və komitə sədrlərini, şirkət rəhbərlərini zapasda saxlamaqla büdcəni bunların hesabına 5-6 il avtomatik doldurmaq olar. Yəni narahat olmayın... Qorxusuz yoxdur
Sağ əli Sumqayıtın İcra hakimiyyəti başçıs Zakir Fərəcovun başına olar inşəallah!!!!
Bəli bu "Çakır" ın da zamanı yetişdi...İşin gedişindən belə görünür ki, "çakırı" həbs etmək istəsəydilər indiyədək edərdilər. Amma bunu İpəkqurdu sezonu tut ağacını burdayan kimi budayacaqları aksiomdur.. və bunu edəcəklərsə lap əcəb edəcəklər...