Menu

"Hindistan Rusiyadan neft almayacaq" - Tramp

02.02.2026, 23:11
"Hindistan Rusiyadan neft almayacaq" - Tramp

ABŞ Prezidenti Donald Tramp və Hindistan Baş naziri Narendra Modi səhər telefon danışığında ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Biz bir çox məsələlər haqqında danışdıq, o cümlədən ticarət və Rusiya-Ukrayna müharibəsinin dayandırılması haqqında. Modi Rusiya neftini almamağa və ABŞ-dən eləcə də potensial olaraq Venesueladan daha çox neft almağa razılaşıb. Bu, elə indi də baş verən, minlərlə insanın öldüyü Ukraynadakı müharibəni dayandırmağa kömək edəcək!", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol