Menu

Otuza yaxın şair-yazıçı AYB-dən çıxarılıb

03.02.2026, 13:34
Otuza yaxın şair-yazıçı AYB-dən çıxarılıb

“Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib”.

Bu barədə APA-nın sorğusuna cavabda AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.

O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilib: “Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.

Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb.

Şərhlər

Tahir 2026-02-03 14:02:50

Niyə üzvülük haqlarını vermirlər? Bu Anar müəllimə, onun cibinə xəyanətdir. Anar xaricdə əməliyyat olunmalıdır. Vicdansız yazıçıları... Hamısını həbs edib Maqadana ağac kəsməyə göndərmək lazımdır. Çingiz də gedib onlara baxıb yeni bir mənasız detektiv romanını yazar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol