Menu

Fransa prokurorluğu Maskı dindirməyə çağırıb

03.02.2026, 15:33
Fransa prokurorluğu Maskı dindirməyə çağırıb

Fransa polisi “X” şirkətinin Parisdəki ofisində axtarış aparıb.

APA “Reuters“ə istinadən xəbər verir ki, axtarış alqoritmlərin sui-istifadəsi ilə bağlı bir ildən çoxdur davam edən araşdırma çərçivəsində aparılıb.

Paris prokurorluğu “X” platformasında süni intellekt çatbotu olan “Grok”la bağlı şikayətləri nəzərə alaraq araşdırmaları genişləndirib.

İstintaq, eyni zamanda, “X”-dən uşaq pornoqrafiyası və şəxsi şəkillərin mahiyyətinin “Deepfake” vasitəsilə seksual yöndə dəyişdirilməsi və yayılması üçün istifadə olunması üzrə iddiaları da araşdırır.

Şirkətin sahibi İlon Mask aprelin 20-də dindirilməsi üçün prokurorluğa çağırılıb.

“X” şirkətinin digər əməkdaşları da şahid qismində prokurorluğa dəvət ediliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol