Menu

Donald Tramp Ağ Evdə Kolumbiya Prezidentini qəbul edib

03.02.2026, 22:53
Donald Tramp Ağ Evdə Kolumbiya Prezidentini qəbul edib

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Kolumbiya Prezidenti Qustavo Petronu qəbul edib.

APA CNN-ə istinadən xəbər verir ki, danışıqlar qapalı formatda başlayıb.

Məlumata görə, Donald Tramp son aylarda qarşılıqlı tənqidlərə baxmayaraq Qustavo Petro ilə münasibətlərinin yaxşılaşdığını bildirib.

Görüşdə tərəflərin bir sıra ikitərəfli məsələləri, o cümlədən narkotik qaçaqmalçılığına qarşı mübarizəni müzakirə edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol