Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbində yerləşən Əz-Zintan şəhərində öldürülüb.
APA xəbər verir ki, bu barədə “Libya al-Ahrar” məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, o, naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.
Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.
2021-ci ildə Seyf əl-İslam Liviya prezidentliyinə ümumi seçkilərdə namizədliyini irəli sürmək planlarını açıqladı. Seçkilərin həmin ilin sonlarında keçirilməsi planlaşdırılırdı, lakin hələ baş tutmayıb.
2023-cü ildə BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi və BMT-nin ölkədəki dəstək missiyasının rəhbəri Əbdülay Batili Qəddafinin böyük oğlunun istəsə, prezidentliyə namizədliyini irəli sürə biləcəyini təsdiqləyib.


Şərhlər