Menu

Dəm qazı daha bir can aldı

04.02.2026, 11:43
Dəm qazı daha bir can aldı

Bakı sakini dəm qazından boğularaq ölüb.

Hadisə ötən gün paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, həmin ərazidə yaşayan 1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol