Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədov barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elsun Əhmədov 5 il müddətə azadlıqdan məhrum edilib, o, məhkəmə zalında həbs olunub.
Gəncə Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Qeyd edək ki, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Əhmədov Elsun Məzahir oğlu şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.


Şərhlər
Bəli bu rüşvət məsələsi bir çox hakimlərə şamil etmək olar. Məsələ səbail rayon məhkəməsinin hakimi azər tagıyevə. 147.1,147.2 və 148 ci maddə ilə ittiham olunan fizuli talıbova dəfələrlə utanmırsan agsaqqal kişisən özün kimiləri də başına toplayıb insanlara şər atırsan. Ən sonda da Allah sənin bəlanı versin sən ki bu millətə bu qədər zülm edirsən deyib sonda bəraət verməsi bu rüşvətin bariz nümunəsi deyilmi? Lazım olarsa sübut edilə bilər.
hansi almirki prosda bunu teleye saldilar da tek yedi deye yuxarinin haqini verseydi isleyecekdi vezifede
AZƏRBAYCANDA BELƏ HAKİMLƏR ÇOXLU YOX , KÜLLÜ MİQDARDADIR . DÖVLƏT QANUNLARINI HAKİMLƏRƏ ETİBAR EDİB . ƏN SON VƏ YÜKSƏK MƏRTƏBƏDƏ QANUNLAR RÜŞVƏT VƏ YA SİFARİŞLƏ GÖRÜLÜRSƏ DEMƏLİ DÖVLƏTİN ƏSAS TƏMƏLİ ÇÜRÜKDÜR . BU TƏMƏLİ SÖKÜB YENİDƏN İNŞA ETMƏK LAZIMDIR . ÜZÜNÜ KRASKALAMAQLA XEYRİ YOXDUR . 1 VƏ YA 2 HAKİMİ TUTMAQ VƏ YA EVDƏ İSTİRAHƏT ETDİRMƏK BU İŞ DEYİL . NOOOSUN DİYƏRLƏRİ ÖZ BİLDİYİNDƏ , KEFİNDƏ , HƏLƏ ONLARDAN MƏHKƏMƏ HÜQUQ ŞURASINA ŞİKAYƏT EDƏNDƏ, HƏLƏƏƏ RƏSMİ QAYDADA ZOT VERMƏK SƏNƏDİ GÖNDƏRİRLƏR ! BOŞ ŞEYDİ , GÖZƏ PƏRDƏ ÖRTMƏK KİFAYƏT ETMƏZ .