Menu

Gülbahar Eyvazova vəzifəsindən azad edildi

04.02.2026, 14:02
Gülbahar Eyvazova vəzifəsindən azad edildi

Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələləri şöbəsinin müdiri Gülbahar Eyvazova vəzifəsindən azad edilib.

"AzPolitika" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Alı Alıyev müvafiq əmr imzalayıb.

Xatırladaq ki, G.Eyvazova ötən ay işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb. 

Ərizənin yazılmasına səbəb onun həyat yoldaşı Habil Eyvazovun sərxoş halda “Tiktok”da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol