Menu

Mərkəzin icraçı direktoruna müavin təyin edildi

04.02.2026, 14:33
Mərkəzin icraçı direktoruna müavin təyin edildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni kadr təyinatı olub.

“AzPolitika” xəbər verir ki, iqtisad üzrə fəlsəfə doktoru Təranə Salıfova Mərkəzin icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Təranə Salıfova Bakı Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə ikinci ali təhsil alıb. 2016–2019-cu illərdə isə doktorantura təhsilini başa vurub. 2021-ci ildə fəlsəfə doktoru proqramı üzrə dissertasiya işini müdafiə edib.

Təranə Salıfova 2011–2023-cü illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda baş mütəxəssis, böyük elmi işçi, şöbə müdiri və elmi katib vəzifələrində çalışıb.

2023-cü ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri, həmin ilin sentyabr ayından Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri vəzifələrində çalışıb.

2024-cü ilin avqust ayında Mərkəzin icraçı direktorunun müşaviri vəzifəsinə təyin olunub.

Elmi-pedaqoji fəaliyyətlə də məşğul olan Təranə Salıfova 2020–ci ildən etibarən Biznesin İdarə Edilməsi (MBA) və SABAH magistratura qruplarında tədris aparır. O, yerli və beynəlxalq mətbuatda dərc olunmuş 25-dən çox elmi və publisistik məqalə və tezisin müəllifidir.

Şərhlər

İqtisadçı 2026-02-04 14:59:51

Azərbayanda iqtisadiyyat qalıb ki.hələonu təhlil etməyə ehtiyac yaransın? Ölkə 97 faiz importdan asılı vəzityyətə gətirilib.Xammal ölkəsinə çevrilib.Bu sahə təsadüfi və milliyyəti qarışıq və ya əcnəbilərlə doldurulub (sadəcə ad soyad Azərbaycanlaşdırb ).elə bu ızımisal götürün.perestijli ADUpnin bakalavr.magistraturunu bitiribindi iqtusaduyyat

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol