Menu

Mask bu ölkə başçısını "faşist" adlandırdı

04.02.2026, 16:42
Mask bu ölkə başçısını "faşist" adlandırdı

ABŞ-li iş adamı və SpaceX şirkətlərinin sahibi İlon Mask İspaniyanın baş naziri Pedro Sançesi sərt şəkildə hədəf alıb. 

Mask Sançesin 16 yaşdan aşağı şəxslər üçün sosial mediaya məhdudiyyətlər tətbiq etmək və rəqəmsal platformalar üzərində hüquqi nəzarəti gücləndirmək planına kəskin reaksiya verərək onu “zalım” və “totalitar faşist” adlandırıb.

İlon Mask bu fikirləri "X" sosial şəbəkəsindəki şəxsi hesabında paylaşıb. O, Sançesin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumətlər Zirvəsində səsləndirdiyi çıxışı paylaşaraq bildirib ki, bu təşəbbüs söz azadlığına birbaşa təhdiddir. Mask paylaşımında Sançesi “İspaniya xalqına xəyanət edən zalım” kimi xarakterizə edib.

Pedro Sançes həmin çıxışında qeyd edib ki, hökumət sosial şəbəkələr üzərində nəzarəti gücləndirəcək, uşaqların bu platformalara çıxışını real mexanizmlərlə məhdudlaşdıracaq və rəqəmsal platforma rəhbərlərinin öz şəbəkələrində baş verən pozuntulara görə hüquqi məsuliyyətini artıracaq.

Xatırladaq ki, Pedro Sançes 2025-ci ilin yanvarında da İlon Maskı hədəf alaraq, X platformasının alqoritmlərini yalan məlumatların yayılması və qaralama kampaniyalarının aparılması üçün istifadə etməkdə ittiham etmişdi.

"AzPolitika.info"

Şərhlər

Anar 2026-02-04 17:16:24

Pedro Sançes tamamilə doğru qərar qəbul edib. Hər bir xalıqın özünəməxsus mental dəyərləri var. Fiziki aləmdə olduğu kimi, virtual mühit olan sosial şəbəkələrdə də hər bir xalq öz mental dəyərlərinə uyğun tənzimləmələr aparmalıdır. Bu tənzimləmələr Azərbaycanda da mütləq aparılmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol