Menu

Moskva sakinlərindən metroda mobil telefonlarını göstərmək tələb olunacaq

04.02.2026, 17:11
Moskva sakinlərindən metroda mobil telefonlarını göstərmək tələb olunacaq

Moskva sakinləri telefonlarını göstərməkdən imtina etsələr, metroya daxil ola bilməyəcəklər.

APA-nın Rusiya bürosu xəbər verir ki, telefonlarını göstərməkdən imtina etmək cərimə ilə nəticələnməyəcək, lakin sərnişinlər metroya buraxılmayacaqlar.

Bildirilib ki, təhlükəsizlik işçiləri yalnız cihazın işə salınmasını tələb edə bilərlər.

Telefonun kilidini açmağı, şəkilləri və ya mesajları göstərməyi xahiş etmək qanunsuz hesab olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol