İsrail ordusu bu gün yenidən Qəzza zolağına hücüm edərək 21 dinc insanı qətlə yetirib.
"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ötən il oktyabrın 10-da imzalanan atəşkəsdən bəri Qəzzada İsraili ordusu tərəfindən qətlə yetrilən fələstinlilərin sayı 556 nəfərə çatıb.
Son hücumlar nəticəsində isə 38 nəfər xəsarət alıb. Beləliklə, atəşkəsdən sonra yaralananların sayı 1 500 nəfərə yüksəlib.
Qeyd edək ki, 2023-cü ilin oktyabr 7-dən etibarən Qəzzada soyqrım siyasəti həyata keçirən İsrail ordusu 71 800-dən artıq fələstinlini qətlə yetirib. 171 600-dən çox insan xəsarət alıb.
Qeyd edək ki, ötən il oktyabrın 10-da ABŞ-ın vasitəçiliyi ilə İsrail və HAMAS arasında atəşkəs əldə olunsa da, Netahyahu hökuməti razılaşmanı tez-tez pozur.
"AzPolitika.info"


Şərhlər