Menu

"Xamenei artan gərginlik fonunda çox narahat olmalıdır" - Tramp

04.02.2026, 23:59
"Xamenei artan gərginlik fonunda çox narahat olmalıdır" - Tramp

İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei artan gərginlik fonunda çox narahat olmalıdır.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "NBC News" telekanalına verdiyi eksklüziv müsahibədə bildirib.

O, İrandakı nüvə obyektlərinə endirilən zərbələrin nəticələrini şərh edib. Trampın fikrincə, Tehran nüvə proqramını bərpa etməyə çalışır.

"Hazırda İranda tam dağıntıdır... Biz onların nüvə potensialını məhv etdik. Lakin mən Yaxın Şərqdə sülh istəyirəm. Əgər biz onların nüvə obyektlərinə hücum etməsəydik, ərəb ölkələri İrandan qorxmağa davam edərdilər", - Amerika lideri bildirib.

Vaşinqton administrasiyasının rəhbəri İranın nüvə fəaliyyətini bərpa edəcəyi təqdirdə onu "çox pis şeylərlə" hədələyib.

Bununla yanaşı, Tramp tərəflərin dialoqu davam etdirdiyini iddia edib: "Onlar (İran - red.) bizimlə danışıqlar aparırlar".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol