Menu

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqların ikinci günü başlayıb

05.02.2026, 11:38
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqların ikinci günü başlayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların ikinci günü başlayıb.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov öz teleqram kanalında bildirib.

"Dünənki kimi eyni formatlarda işləyirik: üçtərəfli məsləhətləşmələr, qruplarda iş və sonradan mövqelərin sinxronlaşdırılması. Nəticələr sonra olacaq",- o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol