ABŞ Dövlət Departamentinin “Qlobal İnfrastruktur və İnvestisiyalar naminə Tərəfdaşlıq” fondu çərçivəsində ABŞ-ın mühəndis-konsaltinq şirkəti AECOM-un mütəxəssislər qrupu Ermənistana səfər edib.
"AzPolitika" bildirir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, amerikalı mütəxəssislər “TRIPP” layihəsi çərçivəsində işlərə start veriblər. Layihə seçilmiş ərazidə texniki qiymətləndirmələrin aparılmasını və dəmir yolu da daxil olmaqla nəqliyyat infrastruktunun inkişafı üzrə tövsiyələrin hazırlanmasını nəzərdə tutur.
ABŞ səfirliyinin açıqlamasında bildirilir ki, layihənin əsas məqsədi Ermənistanın uzunmüddətli iqtisadi inkişafını dəstəkləmək, nəqliyyat əlaqəliliyini gücləndirmək və regional inteqrasiyanı təşviq etməkdir.
Qeyd olunur ki, “TRIPP” layihəsi Vaşinqtonun regionda infrastruktur təşəbbüslərində iştirakını genişləndirmək və Cənubi Qafqazda alternativ nəqliyyat marşrutlarının formalaşmasına töhfə vermək niyyəti ilə həyata keçirilir.
"AzPolitika.info"


Şərhlər