Menu

"Regionda yeni bir müharibə istəmirik" - Ərdoğan

05.02.2026, 16:37
"Regionda yeni bir müharibə istəmirik" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ–İran münasibətlərində artan gərginliyin azaldılması üçün Ankaranın fəal diplomatik səylər göstərdiyini bildirib.

Onun sözlərinə görə, əsas məqsəd bölgənin yeni münaqişə və xaosla üz-üzə qalmasının qarşısını almaqdır. Ərdoğan bu çərçivədə əvvəlcə ABŞ Prezidenti Donald Trampla, ertəsi gün isə İran Prezidenti Məsud Pezeşkianla görüşdüyünü qeyd edib.

Türkiyə lideri həmçinin İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi və Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı ilə üçtərəfli görüş keçirildiyini xatırladıb. Bildirib ki, Ankara prosesin diqqət mərkəzində saxlanmasına xüsusi önəm verir və İrana qarşı hərbi müdaxiləyə açıq şəkildə qarşı olduqlarını tərəflərə çatdırıb.

Ərdoğan vurğulayıb ki, həm ABŞ, həm də İran tərəfinin diplomatiyaya açıq olması müsbət siqnaldır və dialoq üçün hələ də imkanlar mövcuddur. Onun fikrincə, problemlərin həlli qarşıdurma yolu ilə deyil, ortaq mövqelərin tapılması və danışıqlar vasitəsilə mümkündür.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol