Menu

ABŞ amerikalıları dərhal İranı tərk etməyə çağırıb

06.02.2026, 08:21
ABŞ amerikalıları dərhal İranı tərk etməyə çağırıb

ABŞ-nin İrandakı virtual səfirliyi Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

"AzPolitika" xəbər verir ki, bu barədə diplomatik missiyanın saytında bildirilib.

"Zəruri tədbirlər: Dərhal İranı tərk edin. ABŞ hökumətinin köməyindən asılı olmayan bir çıxış planı hazırlayın", - xəbərdarlıqda deyilir.

Bildirilib ki, ikili ABŞ və İran vətəndaşlığı olan şəxslər İran sənədlərindən istifadə edərək, ölkəni tərk etməlidirlər. Diplomatlar həmçinin ölkədəki amerikalılara nümayişlərdə iştirak etməməyi, diqqətdən kənarda qalmağı və ətraflarındakılara diqqətli olmağı tövsiyə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol