"Gənclər Həftəsi 2026" proqramının keçirilməsi üçün ayrılan büdcə vəsaiti açıqlanıb.
"AzPolitika"nın məlumatına görə, Gənclər və İdman Nazirliyi tədbirlərin hazırlıq mərhələsini tamamlayıb və təşkilat işlərini "VATA" MMC-yə həvalə edib.
Nazirlik bu xidmətlərə görə şirkətə 1 milyon 87 min 275 manat məbləğində ödəniş edəcək.
Qeyd edək ki, bu məbləğ tədbirlərin ümumi xərclərinin bir hissəsini əhatə edir – əvvəlki proqnozlara görə, bütün proqram üçün təxminən 2,4 milyon manat civarında vəsait nəzərdə tutulub.
Tədbirlər gənclərin fəallığını artırmağa, milli dəyərləri təbliğ etməyə və onların inkişafına yönəlib.


Şərhlər
Cox gülməlidi.Həmən 1 milyonu paylasın işsiz gənclərə