Menu

Qəddafinin oğluna 18 güllə vurublar

06.02.2026, 14:00
Qəddafinin oğluna 18 güllə vurublar

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın qatilləri ona 18 dəfə atəş açıblar.

“AzPolitika” xəbər verir ki, ərəb kanallarının məlumatına görə, hücum zamanı Qəddafinin oğlu telefonla danışırmış. Bu zaman iki silahlı şəxs Seyf əl-İslam Qəddafinin iqamətgahına soxulub, digər ikisi isə çöldə gözləyib.

Bildirilir ki, hücumdan əvvəl Qəddafinin oğlunun silahdaşlarından biri onu basqın barədə xəbərdar edib. Lakin o, lazım olan tədbirləri görməyib.

Seyf əl-İslam Qəddafinin öldürülməsi barədə 3 fevralda məlumat verilib. Ailəsi onun ölkənin qərbindəki Zintan şəhəri yaxınlığında öldüyünü təsdiqləyib. Liviya Baş Prokurorluğu Qəddafinin oğlunun güllə yaralarından öldüyünü qeyd edib.

Qeyd edək ki, Seyf əl-İslam 2021-ci ildə Liviyada keçirilməli olan prezident seçkilərində iştirak etməyi planlaşdırırdı, lakin o vaxtdan seçkilər ləğv edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol