Menu

Müəllimə ölümcül güllələnib, direktor "ciddi xəsarət yoxdur" deyir

06.02.2026, 14:15
Müəllimə ölümcül güllələnib, direktor "ciddi xəsarət yoxdur" deyir
Direktor güllələnən əməkdaşının hansı fənndən dərs dediyini də bilmir

Məlum olduğu kimi, bu gün səhər saatlarında Bakıda yerlşən İdrak Liseyində güllələnmə baş verib.

Belə ki, məktəbin 10-cu sinif şagirdi müəlliminə odlu silahla xəsarət yetirib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən (KTM) "AzPolitika"ya verilən məlumata görə, güllələnən müəllimənin vəziyyəti orta ağırdır.

“İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov hadisə ilə bağlı “Yeni Sabah”ın suallarını cavablandırıb.

- Hadisə necə olub?

- Mən gəlmişəm, burdayam. Uşaq çantasında ov tüfəngi gətirib. Ehtiyatsızlıqdan atəş açılıb. Şükür Allaha, elə də ciddi xəsarət yoxdur.

- Neçənci sinif şagirdidir?

- 10-cu sinifdə oxuyur. Oğlan uşağıdır.

- Güllələnən müəllim qadındır yoxsa kişi?

- Qadındır. 

- Müəllimin vəziyyəti necədir?

- Müəllimənin vəziyyəti yaxşıdır. Xəstəxanadadır.

- Hansı fənndən dərs deyir? 

- Hazırda araşdırma aparılır. 

- Əvvəllər bu şagirdlə bağlı şikayət olub?

- Xeyr olmayıb.

- Həmin şagirdin davranışları normaldır?

- Bəli, normaldır.

- Liseyin qapısında mühafizə yoxdur? Necə olub ki, həmin silahı içəri keçirib?

- Var. Ancaq keçirə bilib.

- Hadisə sinif otağında, yoxsa həyətdə baş verib?

- Sinif otağında baş verib. 

Şərhlər

Cavan 2026-02-06 21:54:09

Belə direktoru olan məktəbin vay halına, işçisinə ğüllə ilə hücum olub deyir heç nə yoxdur.Azərbaycanın ən böyük problemi kadr problemidir, yəni hər yerdə vəzifəyə layiq olmayanlar vəzifələrə yiyələnb xalqın başına oyun açırlar.

Roma 2026-02-06 18:25:13

Verilən suala, Litsey direktorunun cavabına fikir verin... """- Hansı fənndən dərs deyir?

- Hazırda araşdırma aparılır.""" Yəqin bilmir müəllimə hansı fənndən dərs deyir???...

Münasib, mühasibə 2026-02-06 17:02:59

Tutaq ki, heç güllə toxunmamış *doğmaca* işçisinə *ciddi xəsarət yoxdur* deyən, təbii ki, zatən *Ata-Sahibkar_Direktor* yox, elə terrorun marionetidir!

mühasib 2026-02-06 15:31:35

Bu Mönsüm Alışov kimdir?? Əvvəla mönsüm,lışkimi adsoyad Azərbaycan ensiklopediyasında yoxdur. bunun milli kimliyi vəBakda eyda onası araşdırma mövzusudur.ikinci tərəfdən titulları da olduqca maraqlıdır.onun Azərbaycanda doğru dürüst fəaliyyəti.elmi nəticələri (əgər olubsa) niyə ortada yoxdur.
Bu lltsey dövlətə gəlirlərindən nəqədər vergi verib?


r olubsa )0Aı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol