Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı güclü partlayış baş verib.
Məlumata görə, hadisə nəticəsində azı 15 nəfər həyatını itirib, 80 nəfər isə yaralanıb.
Partlayış şəhərin Şehzad qəsəbəsində yerləşən Terlai İmambərgahında qeydə alınıb.
Partlayışdan dərhal sonra əraziyə polis qüvvələri, təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub, yaralıların xəstəxanalara çatdırılması üçün təxliyə işlərinə başlanılıb.
Hadisədən sonra ərazidə fövqəladə vəziyyət elan edilib, təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisənin təfərrüatları və hücumu törədən şəxslərlə bağlı araşdırmalar davam etdirilir.
"AzPolitika.info"


Şərhlər