Menu

"ABŞ ilə danışıqlar yaxşı başlanğıcdır" - İran XİN rəhbəri

06.02.2026, 19:40
"ABŞ ilə danışıqlar yaxşı başlanğıcdır" - İran XİN rəhbəri

İran və ABŞ arasında danışıqlar müsbət atmosferdə keçib.

APA xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə danışıqlarından sonra yerli mediaya açıqlamasında deyib.

O, danışıqları yaxşı bir başlanğıc kimi dəyərləndirib.

Nazirin sözlərinə görə, hər iki tərəf öz fikirlərini müsbət şəraitdə mübadilə edə bilib.

“Yaxşı başlanğıc idi. Bu, belə də davam edə bilər. Müzakirələrin davam etdirilməsi barədə razılığa gəldik. Amma zaman və məkan tərəflərin paytaxtında müəyyən olunacaq”, - Əraqçi qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol