Menu

Pakistan Bakıya təşəkkür edib

06.02.2026, 20:54
Pakistan Bakıya təşəkkür edib

Pakistan İslamabaddakı məsciddə insanların ölümünə səbəb olan partlayışla əlaqədar dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

Bu barədə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkəsində yazıb.

"Bu çətin vaxtda Pakistanla həmrəyliyə görə sizə təşəkkür edirik. Terrorizmlə mübarizədə əzmimiz sarsılmaz olaraq qalır", - o yazıb.

Qeyd edək ki, bu gün İslamabadda məsciddə baş verən partlayış nəticəsində azı 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol